Girov mübadiləsinin 4-cü mərhələsində Həmas sionist rejimin hərbi texnikasından istifadə edərək düşmənə mesaj verir.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, bu gün (1 fevral) əsir mübadiləsi zamanı Həmasın İsrail hərbi avtomobilləri və silahlarından istifadə etməsi düşmənə mesaj kimi dəyərləndirilib.
Bu gün əsir mübadiləsi zamanı çəkilən fotoşəkillərə əsasən ötən mərhələlərdən fərqli olaraq Həmas sionist rejimin hərbi texnikasından istifadə edərək onlara dərin bir mesaj göndərib. Fotoşəkillərə əsasən Həmas qüvvələri qənimət götürdüyü avtomobil və silahlarla İsraili təhqir etmək istəyib. Belə ki, bu prosesdə “İsrailin çoxlu sayda hərbi qüvvə və texnikasını ələ keçirdikdən sonra əsirlərini də yüksək bədəllərlə özlərinə qaytarırıq” mesajı verilib.