Fələstin İslami Müqavimət Hərəkatı Həmas Əl Ərəbiyyə telekanalının beynəlxalq təkliflərə əsasən Qəzzədə atəşkəslə razılamasın barədə verdiyi xəbəri təkzib edib.
Əl Aləm telekanalının məlumatına əsasən, Həmas bu səhər bəyanat yayaraq elan edib ki, Əl Ərəbiyyə telekanalından yayımlanan bu xəbər real deyil və Həmas rəsmi heyəti Qahirədə atəşkəs və israilli girovların azadlığı məsələsində razılığa gəlməyib.
Bəyanatda həmçinin deyilir: Biz media vasitələrindən bir xəbərin düzgün olub-olmaması barədə əminlikdən sonra yayımlanmasını istəyirik. Belə ki, nasist İsrail tərəfindən təcavüz və qətlə məruz qalan xalqımızın hissləri ilə oynamayın.
Qeyd edək ki, Əl Ərəbiyyə telekanalı Həmasın yüksək rütbəli rəsmisinə istinadən Qahirədə atəşkəs, israilli qadın və uşaq girovlarının azadlığı barədə razılığa gəldiyi barədə xəbər yaymışdı.