Fələstin informasiya qaynaqları ötən gün ərzində (9 iyun) İordan çayının qərb sahilində 21 anti-sionist əməliyyatının qeydə alındığını elan ediblər.
Əl Aləm Telekanalının Şahab informasiya agentliyinə istinadən verdiyi xəbərə əsasən, bu əməliyyatlarda minimum 3 sionist hərbçi yaralanıb.
Məlumata görə əməliyyatlarda fələstinlilər soyuq silah, güllə, müxtəlif partlayıcı paketlərdən istifadə edərək işğal olunmuş Qüds və qərb sahilində işğalçıların hücumlarına cavab veriblər.
Xəbərə əsasən, əməliyyatlar Ramullah, Cenin, Qilqiliyyə, Nablos və Əl Xəlil ərazilərində daha çox müşahidə olunub.
Bundan əvvəl isə sionist rejim mediaları may alyında İordan çayının qərb sahili və Qüdsdə 124 anti-sionist əməliyyatın keçirildiyini elan etmişdi.