Son günlərdə yağan güclü qar nəticəsində Hindistanın Himaçal Pradeş ştatında ən azı 475 yol bağlanıb.
Təbii fəlakətlərin qarşısının alınması üzrə Baş İdarədən bildiriblər ki, qarın yağması elektrik və su təchizatı şəbəkələrini də sıradan çıxarıb.
“Himaçal Pradeş ştatında beş milli avtomobil yolu da daxil olmaqla 475 yol bağlanıb. Qar yağması səbəbindən 333 elektrik xəttinin və 57 su xəttinin fəaliyyəti də sıradan çıxıb”, – deyə məlumatda bildirilib.
Himalay dağlarının ətəklərində yerləşən ştatda qar örtüyünün hündürlüyü 30 sm-dən 1,5 m-ə qədər qalxıb. Ştatda ötən həftə güclü qar yağmağa başlayıb. Meteoroloqlar onların davam edə biləcəyi barədə xəbərdarlıq edirlər.