Rusiyada əlverişsiz hava hökm sürür. Qasırğa evlərin damını uçurdur, ağacları qırır, infrastruktura ziyan vurur.
Bununla bağlı sosial şəbəkələrdə çoxlu görüntü yayılıb.
Kadrların biri Primorye diyarında çəkilib. Orada güclü küləyin insanlara çətin anlar yaşatması, bir qadının isə küləyin təsirindən yıxılması əks olunub. Videoda yoldan keçənlərin qadına durmağa kömək etdiyi görünür. Başqa bir yerdə daha bir kişinin yıxıldığı görünür.