Göygöldə iki lüks avtomobil yandırılıb.
Bir nəfər rayon sakini “Porche” və BMW markalı avtomobillərə yandırıcı maddə tökərək od vurub.
Hadisə yerinə dərhal FHN və Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.
İlkin məlumata görə, yanğın qəsdən törədilib. Hələlik şəxsin maşınları yandırma səbəbi məlum deyil.