Qafqaztimes.com tvr.by-ə istinadən xəbər verir: Real həyatda qanuna zidd hərəkətlər adətən əngəllənir. Məsələn, təhqir subut olursa, müqəssir cəzalandırılır. Amma internetdə gün ərzində saysız-hesabsız təhqir baş verir və kimsə buna görə məsuliyyət daşımır. Ən pisi Google kimi internet nəhəngi də özbaşınalıq edənlər arasındadır. Google istədiyi vaxt, istədiyi hesabı qapadır və buna görə cəzalandırılmır. İnternetdə bütün qapıların Trampın üzünə bağlandığı dövrü xatırlayın. Bu gün isə Google bir qrup YouTube-kanalı qapadıb. Bu dəfə Belarus İstintaq Komitəsi, Minsk polisi, Bretsk və Qomel polisi Google-nin qəzəbinə tuş gəlib. Milyon baxışı olan kanallar Google-nin bir kliki ilə öz həyatına son qoyub.
Texnologiya nəhənglərinin monopolist davranışları davam edir və kimsə buna görə məsuliyyət daşımır.