“Gizlənpaç” oynayarkən qazanda ilişib qalan uşağın görüntüləri sosial şəbəkələrdə gülüşlə qarşılanıb. Hadisə Hindistanda baş verib.
Kadrlardan görünür ki, insanlar yığışaraq qazanda ilişib qalan uşağı çıxarmağa cəhd edirlər. Ancaq bir müddət sonra bunun mümkün olmadığı aydın olub. Bundan sonra qazanın kəsilməsinə qərar verilib.
Görüntülər sosial şəbəkədə virus sürəti ilə yayılıb. İstifadəçilərdən bəziləri buna yumorla yanaşsa da, uşağın halına acıyanlar da az olmayıb.