Qafqaztimes xəbər verir ki, Gilboa həbsxanasından qaçış əməliyyatını həyata keçirən əsirlər bu gün işğalda olan ərazilərin şimalındakı Əl-Nasirə şəhərində mühakimə olunarkən tezliklə azadlığa çıxacaqlarına böyük ümid bəslədiklərini söyləyiblər.
Əl-Qüds Əl-Ərəbinin məlumatına görə, fələstinli fəallar bu gün sosial media saytlarında Gilboa həbsxanası əməliyyatında iştirak edən üç əsirin videolarını yayıblar.
Mahmud əl-Arizə, İham Kamamci və Yaqub Qadiri dünən Ən-Nasirə şəhərində sülh məhkəməsində keçirilən məhkəmə prosesində iştirak ediblər.
“Nadi əl-Əsiril-Fələstini” Mərkəzinin verdiyi məlumata görə, İsrail məhkəməsi bugünkü məhkəmə prosesinin sonunda üç fələstinli əsir üçün növbəti məhkəmə iclası keçirəcəklərini açıqlayıb, lakin vaxtı məhkəmənin zamanı barədə açıqlama verməyib.
Üç əsirdən biri olan Kamamci yayılan videoların birində deyib: “Biz Qəzza zolağındakı Fələstin müqavimətinin vədəsini gözləyirik və bunu tezliklə görəcəyik.”
O, belə əlavə edib: “Biz onları yerin altında məğlub etdiyimiz kimi, yerin üzərində də məğlub edəcəyik.”