İran İslam Respublikası ordusunun baş komandanı general Musəvi sionist rejim ordu qərargahı sədrinin İrana hücum barədə cəfəng sözlərinə reaksiya olaraq deyib: Sionist rejimə cavab bizim 8 illik müqəddəs müdafiədəki əməliyyatlarımızın modernləşdirilmiş bircə günü yetər.
Əl Aləm telekanalının məlumatına əsasən, general Əbdürrəhim Musəvi həmçinin deyib: Sionistlərin bu sözü yalnız öz ordularında ruh yüksəkliyi yaratmaq və rejimin daxili çaxnaşmalarına məlhəm ola bilər.
General Musəvinin sözlərinə görə hər iki orduya sadəcə bir nəzər salmaqla sionist rejimin İranla müqayisə edilməyəcək dərəcədə kiçik olduğunu anlamaq çətin iş deyil.
İşğalçı İsrail rejimi boğulmaqdadır və süquta doğru getdiyi hamıya məlumadur. Onlar İslam Respublikasını təhdid etmək üçün həddən artıq çox cılızdırlar. Ağılsız və tədbirsiz addımlar bu rejimin dağılmasına köməkdən başqa bir şey deyil – deyə general Musəvi sözlərini bitirib.
Qeyd edək ki, sionist rejim ordusu baş qərargahı sədri: Biz Amerika olmadan da İrana hücum edə bilərik – demişdi.
1 şərh
The next time I read a blog, Hopefully it does not disappoint me as much as this one. After all, I know it was my choice to read, but I genuinely believed youd have something interesting to say. All I hear is a bunch of whining about something that you could fix if you werent too busy searching for attention.