Rusiyada məzun keçmiş sevgilisinə və onun yeni sevgilisinə maçete ilə hücum edib. Oğlan rəqibinin barmaqlarını kəsib.
Qorxunc hadisə Balaşixada baş verib.
11-ci sinfi yeni bitirmiş 17 yaşlı Mişa 18 yaşlı Arinanı evlərinin girişində gözləyib. Qız ora 28 yaşlı oğlanla girib. Məzun onlara hücum edib.
Qızın çiyinlərini, oğlanın isə qollarını, ayaqlarını və başını yaralayıb, həmçinin sağ əlindəki iki barmağını kəsib. Bundan sonra o, özü də hadisə yerinə təcili yardım və polis çağırıb, könüllü təslim olub və Arinanı çox qısqandığını və qəsdən qisas almağa getdiyini etiraf edib.
Qız yüngül xəsarətlərlə xilas olub və tibbi yardımdan sonra evə göndərilib. Yaralı oğlan xəstəxanadadır. Barmaqlarının amputasiyası ilə yanaşı, ayağı sınıb, başında kəsilmiş yaraları da var.
Qısqanc məzun saxlanılıb. Onun barəsində iki və ya daha çox şəxsi öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.
1 şərh
This article demonstrates an impressive level of expertise. The depth and precision of your analysis are truly commendable, offering significant value to readers. Your ability to articulate complex concepts clearly showcases your strong grasp of the subject matter. I am eager to delve into more of your insightful content. Thank you for providing such a high-quality resource.