Gəncədə şəhərində poliklinikanın tavanı çöküb.
Söhbət 2 saylı şəhər poliklinikasından gedir.
Belə ki, hadisə poliklinikanın laboratoriya otağında baş verib. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar yoxdur.
Poliklinika öz fəaliyyətini davam etdirir.