Braziliyada polis matçdan sonra qapıçını ayağından güllələyib. Hadisə Qoyas ştatının ikinci divizionunun 12-ci turu çərçivəsində “Gremio Anapolis” və “Centro Oeste” arasında keçirilən oyundan sonra baş verib.
Bildirilir ki, final fitindən sonra meydançanın kənarında futbolçuların da iştirakı ilə iğtişaşlar baş verib. Hadisəyə müdaxilə edən polislərdən biri silahdan istifadə edərək rezin güllə ilə “Qremio Anapolis”in qapıçısı Ramon Souzanın ayağından vurub. Futbolçuya təcili tibbi yardım göstərilib və xəstəxanaya aparılıb.
Hadisənin baş verdiyi ştatın hərbi polisi artıq inzibati araşdırmaya başlayıb.