Amerika Kuboku oyunlarında hakimlərə istifadə etmək üçün çəhrayı vərəqələr veriləcək.
Məlumata görə, görüşün baş hakimi bu vərəqəni yalnız məcburiyyət qarşısında qalaraq oyunçu dəyişikliyi edən komandaya göstərəcək.
Belə ki, hər hansısa bir futbolçu beyin travması və ya ciddi zədə alacağı zaman hakim çəhrayı vərəqədən istifadə edərək oyunçunun əvəz edilməsinə icazə verəcək. Bu əvəzləmə komandanın aktivindəki dəyişiklik sayına təsir etməyəcək.
Qeyd edək ki, çəhrayı vərəqədən ilk olaraq elə məhz Amerika Kuboku-2024-də istifadə olunacaq.