Fransada Ruan kilsəsinin şpili yanıb.
Bu barədə RBC məlumat yayıb.
Ruen meri bildirib ki, yanğınla mübarizə üçün əraziyə çox sayda qüvvə cəlb olunub. Yanğının səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, Ruan kilsəsi ölkənin tarixi abidəsidir. Abidə XII-XVI əsrlər arasında tikilib. Lakin onun 151 metr olan çuqun şpili XIX əsrdə əlavə olunub.