Son zamanlar Qarabağ məsələsinin gündəmə gəlməsi ilə Fransa XİN başçısı Katrin Kolona Ermənistana səfər etmək qərarına gəlib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Ermənistan mediaları Fransa XİN başçısı Katrin Kolonanın sabah ( 3 oktyabr) İrəvana səfər edəcəyindən xəbər veriblər.
Məlumata görə dünən (1 oktyabr) Fransanın müdafiə naziri Sebastyan Likorno France İnfo ilə müsahibədə ölkəsinin Ermənistan müdafiə ehtiyacları barədə araşdırma apardığını, prezident Emmanuel Makronun şəxsən bu məsələ ilə maraqlandığını deyib.
S.Likorno həmçinin Fransanın Ermənistan müdafiə məsələlərinə müdaxilə ehtimalı barədə sualın cavabında deyib: Prezidentin bu məsələ ilə şəxsən maraqlanması Fransa üçün əhəmiyyət kəsb edir. Çünki əksər fransızlar Ermənistanı sevir və onun ərazi bütövlüyünü dəstəkləyir.
