Fransa BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyini (UNRWA) maliyyələşdirməyi dayandırıb.
Bu barədə məlumat ölkənin Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
Həmçinin Böyük Britaniya BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) maliyyələşdirməsini dayandırıb.
Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Britaniya hökuməti iddia edib ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin HƏMAS-la əlaqələri var.
Xatırladaq ki, bundan əvvəl ABŞ, Avstraliya və Kanada da eyni səbəbləri əsas gətirərək UNRWA-nın maliyyələşdirilməsini dayandırıb.
Beynəlxalq analitiklər, bunu hansı dövlətlərin İsrail rejiminin və beynəlxalq sionist lobbinin təsiri altında olmalarının göstəricisi olaraq qiymətləndiriblər.
