“Derniere Renovation” (“Son yenilik”) təşkilatının iki fəalı Fransa baş nazirinin Parisdəki Matinyon sarayında yerləşən iqamətgahının girişindəki darvaza və divara narıncı boya atıblar.
Təşkilatın bəyanatında bu hadisənin vətəndaş müqaviməti aktı olduğu bildirilib.
Ekofəallar bununla hökuməti iqlim dəyişiklikləri problemlərinə daha həssas yanaşmağa, digər məsələlərlə yanaşı, istilikdən səmərəli istifadəni artırmaq üçün bütün yaşayış binalarının təmirinə çağırıblar.
Təşkilatın yaydığı videoda görüntülərdə 20 və 22 yaşlı iki gəncin saxlanma anı əks olunub. Onların əynində “Kimdir günahkar?” yazılmış köynəklər olub.