QafqazTimes xəbər verir ki, Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət günləri ilə əlaqədar əzadarlıq mərasimlərinin ilk gecəsi İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei və bir qrup insanın iştirakı ilə İmam Xomeyni (r.ə) hüseyniyyəsində keçirilib.
Bu mərasimdə beynəlxalq Quran qarisi Hüseyn Fərdi Allahın kitabından ayələr oxumuş, sonra isə Höccətül-islam vəl Müslimin Siddiqi çıxış etmişdir.
Həmçinin, bu mərasimdə Məhəmməd Rza Tahiri Həzrət Zəhra salamullah əleyha barədə rozə və mərsiyələr oxumuşdur.
Qeyd edək ki, bu il koronavirusun azalması və eyni zamanda sağlamlıq protokollarının riayət olunmasının davam etdirilməsi zərurəti ilə əlaqədar olaraq İmam Xomeyni (r.ə) hüseyniyyəsindəki əzadarlıq mərasimləri şəhid ailələri də daxil olmaqla məhdud sayda əzadarların iştirakı ilə keçiriləcək və bu səbəbdən də bütün əzadarların iştirak etməsi mümkün olmayacaqdır.
