QafqazTimes.com AiF-ə istinadən xəbər verir: Müasir musiqidən danışanda narkotika, şeytanpərəstlik, sirli qətllər mövzuları da ortaya gəlir. Təəssüf əksər estrada və kino ulduzları sağlam həyat tərzindən uzaqdır. Narkotika varsa, kriminal da olacaq, qətl də.
Bu dəfə meksikalı aktrisa və müğənni Tanya Mendosa qətlə yetirilib. Meksikanın cənubunda Kuernavaka şəhərində yolun kənarında dayanmış qadın güllələnib. Ona yoldan ötən mosikldən atəş açılıb. “Cənub kraliçası” elə hadisə yerinə keçinib. Az əvvəl ABŞ-da 36 yaşlı reper Young Dolph qətlə yetirilmişdi.
Qatillər adətən tapılmır. Çoxları güman edir ki, ulduzları fanatlar qətlə yetirir. Narkotikanın hakim olduğu fəzada Oskar Uayldın təbirincə hamı sevdiyini öldürür!