QafqazTimes xəbər verir ki, KİV fələstinli mücahidlərin İordan çayının qərb sahilində İsrail qarnizonunu atəşə tutması barədə məlumat veriblər.
Fələstin mənbələri ötən gün axşam saatlarında bildiriblər ki, fələstinli mücahidlər İordan çayının qərb sahilindəki Nablus şəhəri yaxınlığında İsrail qarnizonunu atəşə tutublar.
Bu hesabata görə, bu hadisənin mümkün zərərləri ilə bağlı daha ətraflı məlumat hələlik dərc edilməyib.
Cümə və şənbə günü Nablus şəhəri fələstinlilərlə sionist rejimi arasında toqquşmalara şahid olub. Ötən gecə fələstinli döyüşçülər Cerzim dağında tikilmiş İsrail ordusunun kazarmalarını da atəşə tutublar.
Üç gün öncə də Nablusda fələstinli mücahidlərlə İsrail ordusu arasında şiddətli toqquşma baş vermişdir. Qələndiyyə bölgəsində isə sionist qüvvələrlə növbəti toqquşma olub və bu toqquşma zamanı fələstinli mücahidlər sionist qüvvələrin bu bölgədəki nəzarət-buraxılış məntəqəsini atəşə tutublar.