QafqazTimes.com Aljazeera.com-a istinadən xəbər verir: Fələstin xalqı, Fələstin Müqavimət Hərəkatı, Həmas təşkilatı əlcəzairli cüdoçu Fəthi Nuriniyə Fələstin xalqına dəstəyinə görə təşəkkür edib. Nurin Tokio olimpiadasında Fələstin torpaqlarının İsrail tərəfindən işağlına etiraz olaraq israilli cüdocu ilə meydana çıxmaqdan imtina edib. Bir ömür olimpiya zirvəsinə doğru can atan müsəlman cüdoçu bu addımına görə 10 il beynəlxalq yarışlardan məhrum edilib. 10 il uzun müddətdir. Əslində bu cərimə idman karyerasına son deməkdir. Amma Nurin peşman deyil. O Əlcəzirə şəbəkəsinə müsahibəsində bildirib ki, uşaq qatili olan işağlçı İsrailə qarşı döyüşməyə də hazırdır.
Fəthi Nurin Fələstinin sionist rejim tərəfindən işğalına etiraz olaraq israilli idmançı ilə görüşdən imtina edən ilk idmançı deyil. Şübhəsiz, bu addım son da olmayacaq. Dünyanın bir çox tanınmış idmançıları oxşar addım atıb.
