QafqazTimes xəbər verir ki, Fələstinin BMT-dəki daimi səfiri Riyaz Mənsur deyib: “Fələstin xalqı öz hədəflərinə sadiqdir və İsrailin cinayətlərinə qarşı qanuni mübarizəsini davam etdirəcək.”
Maa-nın məlumatına görə, Riyaz Mənsur BMT Təhlükəsizlik Şurasının brifinq iclasında deyib: “İsrail rejimi sionist mühacirlərə və fələstinlilərə qarşı fərqli qanunlar tətbiq edir və bununla onlar bizim torpaqlarımızda qanunsuz olanlarla onun qanuni sakinləri arasında açıq aşkar ayrı-seçkilik edir.”
O, həmçinin İsrailin Fələstin xalqına qarşı apartayd hərəkətlərini və rejimin fələstinliləri təcrid etmək və daha çox ərazini işğal etmək məqsədi daşıyan ayrı-seçkilik siyasətlərini sadalayıb.
Fələstinin BMT-dəki daimi səfiri vurğulayıb ki, fələstinlilərə şəhərin yalnız 13%-də tikinti aparmağa icazə verilir, eyni zamanda onların evləri sökülür və sionist qəsəbələri genişlənir.
Mənsur sözünə belə davam edib: “İsrail rejimi Təhlükəsizlik Şurası tərəfindən qanunsuz məskunlaşmanın pislənməsini antisemitizm hesab edir.”
O, belə əlavə edib: “Biz hamımız bilirik ki, İsrail apartayd rejimidir, hətta bu rejim apartayd sözündən qəzəblənsə də belə.”