Fələstin Səhiyyə Nazirliyi hal-hazırda Qəzzədə 10 min xərçəng xəstəsinin dərhal müalicəyə başlamasına ehtiyacı olduğundan xəbər verib.
İRNA-nın məlumatına əsasən, Phalestine Online qəzeti bu gün (16 avqust) yazıb: Qəzzədə tibbi sistem tamamilə məhv edildiyi üçün xərçəng xəstələrinin xaricə göndərilməsi və dərhal müalicəyə başlaması zəruridir.
Məlumata görə işğalçı rejim Rəfəh keçidini bağlamaqla Qəzzədə yaralanmış və xəstə insanların xaricə səfər etməsinə mane olur. Sionistlərin sırf uşaqlara qoyduğu bu məhdudiyyəti sırf soyqırımı siyasətlərinin davam etdirilməsi məqsədini güdür.
Bundan əvvəl Fələstin Səhiyyə Nazirliyi 7 oktyabrdan bu günə kimi Qəzzədə 40005 nəfərin şəhid olması, 92401 nəfərin yaralanması və onların 33%-nin uşaqlar, 8,6%-nin qadınlar və 18.4%-nin qocalar olduğunu elan etmişdi.
