Fələstin Müqavimət Komitəsi İran İslam İnqilabı Rəhbəri və xalqına sionist rejim cinayətləri qarşısında fələstinlilərə verilən dəstək üçün təşəkkür edib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Fələstin Müqavimət Komitəsi bu gün (28 mart) bəyanat yayaraq elan edib: Beynəlxalq Qüds Günü zülm və imperializmə qarşı bir fəryad və amerika-sionist sui-qəsdləri ilə mübarizə aparmaq üçün dünyanın bütün azad insanlarına birləşmək üçün xüsusi bir fürsətdir.
Bəyanatda deyilir: Beynəlxalq Qüds Günü ədalətsizliklərə qarşı Fələstin və Müqəddəs Qüds məsələsinin mərkəzi olduğunu vurğulayır. Həmçinin bu gün bütün müsəlmanları və azadlıqsevərləri Məscidül Əqsanın azadlığı üğrunda vəhdətə dəvət, qəsbkar sionist rejim əleyhinə mübarizəyə dəvət günüdür. Qüds Günü islam ümməti və dünyanın bütün azadlıqsevər insanlarının Fələstin amalları, Məscidül Əqsa və Qəzzə üçün birləşməsi günüdür.