Türkiyənin keçmiş MİT sədri deyib: Beynəlxalq Qüds günü sayəsində Fələstin və şərqi Qüds müsəlmanları inanılmaz güc qazandılar.
Əl Aləm telekanalının məlumatına əsasən, İsmail Hakkı Pekin İmam Xomeyninin (rəh) tərəfindən Ramazan ayının sonuncu cümə gününün Beynəlxalq Qüds Gününün təyin olunmasına işarə edərək vurğulayıb: Fələstinlilərin qüdrətini gücləndirmək məqsədi ilə təyin olunan bu gün onların digər müsəlmanlara qarşı etimadını artırdı.
İslamil Hakkı Pekin həmçinin Fələstinin keçmiş prezidenti Yasir ərəfatın hakimiyyət dövründə ABŞ və İsrailin dəfələrlə hərbi təcavüzünə məruz qalan müdafiəsiz xalqın vəziyyətini xatırladaraq deyib: Qəzzə, Qüds, Fələstin və hətta Livan Hizbullahı və müqavimətinin bu günkü qüdrəti İranın əvəzsiz dəstəkləri sayəsində olub.
İ.P.Hakkı həmçinin regionun məzlum xalqlarının müdafiəsində İran İslam Respublikasının təsirli rolunu vurğulayaraq qeyd edib: İİR təkcə Fələstin məsələsində deyil, əslində bütün məzlum xalqların haqlarının müdafiəsində dəstəklərini əsirgəməyib.