QafqazTimes xəbər verir ki, Fələstin müqavimət qrupları Fələstin xalqının cümə günü Məscidül-Əqsada geniş şəkildə toplanmasına çağırış edib.
Fələstinin rəsmi xəbər agentliyi “Vafa” bu çağırışın onlarla sionist köçkünün ötən gün Məscidül-Əqsaya girərək məscidi təhqir etdiyinə görə edildiyini bildirib.
Yəhudi mühacirlər bu müqəddəs yerə Əl-Məğaribə qapısından və İsrail hərbçilərinin dəstəyi ilə daxil olaraq, məscidin həyətində təxribat xarakterli hərəkətlər ediblər.
Polisin təhlükəsizlik tədbirləri və sionist rejim hərbçilərinin dəstəyi altında ekstremist sionistlərin Məscidül-Əqsaya hücumu az qala gündəlik hadisəyə çevrilib.
Sionist rejim bu müqəddəs məscidə tam hökmranlığı və onun yəhudilər və müsəlmanlar arasında zaman və məkan bölgüsünə zəmin yaratmaq niyyətindədir.
İordaniya Vəqf Nazirliyinə bağlı olan Qüds şəhərinin İslami Vəqf İdarəsi həmişə yəhudi köçkünlərinin bu hərəkətini pisləyərək, bunun dayandırılmasını tələb edib.
Məlumata görə işğalçı İsrail qüvvələri bu gün İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə təşkil etdiyi hücumda bir neçə fələstinlini yaralayaraq onlardan bəzilərini həbs ediblər.
Həmçinin Vəfa xəbər agentliyi işğalçı qüvvələrin Cenin, Ramallah, Nablus və Əl-Birə şəhərlərinə hücum edərək fələstinlilərə güllə və gözyaşardıcı qaz atdığını, 3 yeniyetmənin yaralandığını, 11 nəfərin isə həbs edildiyini açıqlayıb.