İşğalçı sionist rejim fələstinlilərə qarşı cinayətlərini artırmaqla onları daha da hiddətləndirirlər.
Əl Aləm telekanalı yazır: İşğalçı rejim Nablos şəhərinə son hücumlarında 3 fələstinlini şəhid etdikdən sonra bir sionist hərbçinin soyuq silahla öldürülməsi ilə cavablandırılıb.
Ekspertlərin fikrincə sionistlər nə qədər çox hücum edərsə, fələstinlilərin də müqaviməti bir o qədər möhkəmlənməkdədir. Çünki bu məhdudiyyətlər fələstinlilərin sionist rejimin təhlükəsizlik, hərbi və onlara bağlı olan xidmət orqanlarına nüfuzlarını gücləndirirlər.
Əl Aləmin yazdığına görə İsrailin baş naziri Netanyahu özünü bataqlıqdan çıxarmaq üçün çapaladığı halda müqavimət vəhdətini acizliklə izləyir.
Ekspertlərin fikrincə işğalçı rejim təhlükəsizlik xidmətinin son 1 ayda İordaniya düzənliklərində keçirdiyi əmıliyyatlar süqutu bu məntəqəyə daha çox qüvvələrin ezam olunması ilə nəticələnib. Əlbəttə fələstinlilər də bu əməliyyatlarda çoxlu sayda şəhid versə də, faktlar işğalçıların son nəfəs çəkdiyini sübut edir.
Nablos şəhərinə son hücumlar düşmənin müvəffəqiyyəti sayılmır. Çünki müqavimət qruplarının sionist qəsəbələrinə hücumu da səngimək bilmir.