İşğal olunmuş Fələstin ərazilərində adi bir fələstinli sionistlərin hücumuna məruz qalaraq şəhid olub
Əl Aləm telekanalının məlumatına əsasən, bu gün (27 aprel) Qəzzənin əl Nəsirat düşərgəsi sakini və sionist qəsəbəsində fəhləlik edən 59 yaşlı Əmin əbdül Qadir Vərdə işğalçıların hücumuna məruz qalaraq şəhid olub.
Şəhidin qardaşının verdiyi məlumata görə onun necə və hansı səbəbə şəhid edildiyi haqda heç bir məlumat verilməyib. Sadəcə vəfat xəbəri ailəsinə verilən Əmin Əbdül Qadirin cənazəsinin xəstəxana morqunda olduğu deyilsə də, xəstəxanadan hələ heç bir yetərli cavab verilməyib.
Şəhidin ailəsinin verdiyi xəbərə görə Əmin Əbdülqadirin heç bir xronuki xəstəliyi olmayıb və 5 gün əvvəl işə sağlam vəziyyətdə gedib.
Qeyd edək ki, əksərən işğal olunmuş ərazilərdə 190 min fələstinli tikinti sektorunda məşğuldur.