İraqın Saba News mediası işğalçı amerikan düşərgəsi olan Eynəl Əsədi dron hücumuna məruz qaldığından xəbər verib.
Fars İnformasiya Agentliyinin bu günkü (26 yanvar) məlumatına əsasən, İraqın şimalında yerləşən Eynəl Əsəd düşərgəsinə dron hücumu edilib.
Hücumun məsuliyyətini hələ heç bir kəs öz üzərinə götürməyib və hadisənin detalları barədə heç bir xəbər yayılmayıb.
İraq müqavimət dəstələri bu günə kim dəfələrlə Suriya və İraqda ABŞ hərbi düşərgələrinə hücum edib. Bunun səbəbi isə sionist rejimin Qəzzəyə hücumlarında ABŞ-ın dəstəyidir.
Bundan əvvəl də ötən cümə axşamı İraq Kətaib Hizbullah Hərəkatının təhlükəsizlik işləri üzrə rəhbəri Əbu Əli Əsgəri son işğalçı amerikan hərbçisi İraqdan çıxana qədər bu hücumların davam edəcəyini demişdi.
