ABŞ-ın Ohayo ştatında ev sahibinin öz mülkünü qorumaq üçün başqa bir şəxsi öldürməsi müşahidə kameraları tərəfindən lentə alınıb.
22 yaşlı Ceyms Rayl keçmiş sevgilisinin evinə daxil olmağa cəhd edib.
Bu məqsədlə o, fərdi yaşayış evinin giriş qapısını sındırmağa çalışıb.
Lakin bu zaman qızın atası Mitç Dakro odlu silahla Ceymsə üç dəfə atəş açıb.
Qeyd edək ki, ABŞ-ın bir çox ştatlarında vətəndaşlara silah almağa və gəzdirməyə icazə verilir. Həmçinin, yerli qanunlara görə, insan ondan özünümüdafiə və ya əmlakını, o cümlədən evini qorumaq üçün istifadə edə bilər.