Rəyəl Yəvm qəzetinin baş redaktoru Netanyahunun saxta iddialarının əksinə olaraq Yəmən raketlərinin qorxusundan gün üzünə çıxmaqdan qorxduğunu yazıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Əbdül Bari Ətvan bu gün (31 dekabr) bir məqalədə yazıb: Benyamin Netanyahu medialarda qələbə reklamları verdiyi halda, Yəmən raketlərinin qorxusundan hətta cərrayiyyə əməliyyatını belə zirzəmidə keçirmək məcburiyyətində qalıb.
Məqalənin davamında deyilir: İşğalçı baş nazir Livan, Suriya və Qəzzə zolağındakı müharibələrdə qələbə reklamları verir. Amma aylardır ki, Yəmənin ultrasəs ballistik raketlərinin qorxusundan zirzəmidən eşiyə çıxa bilmir.
Ətvanın sözlərinə görə statistik məlumatlara görə Netanyahu ötən bazar günü prostat vəzisi əməliyyatını zirzəmidə yerləşən Hedasa xəstəxanasında keçirib. Məlum deyil ki, bu hansı qələbədir. Çünki bu xəstəxana 60 metr yerin altındadır və bilindiyi kimi, bir o qədər də təchizatlı olmayıb.
Məqalənin davamında deyilir: Netanyahunu düşdüyü bu acınacaqlı vəziyyət Livan müqavimətinin onun Həyfadakı iqamətgahına hücumundan sonra başlayıb və o, o zamandan bəri elə zirzəmidə yaşayır.