Hindistanın Bihar əyalətində “Agnipath” sxeminə qarşı etirazlar şiddətlənib.
Etirazçılar Saran rayonundakı sərnişin qatarını yandırıb.
Etirazların Bhaqalpur, Arval, Buxar, Qaya, Munger, Navada, Saharsa, Sivan və Aurangabad rayonlarında da olduğu bildirilir.
Dövlət rəsmiləri bəzi şəhərlərdə zorakılıq və mağazaların zorla bağlanma hallarının olduğunu bildirib.