Ermənistanın Kəmrəz kəndində yerləşən heyvandarlıq təsərrüfatlarında kütləvi tələfat hadisəsi qeydə alınıb.
Fermerlər bunun səbəbinin Afrika vəbasının yayılması ilə əlaqələndirirlər.
Fermerlər hökumət qurumlarının məsələyə müdaxilə etməməkdə günahlandırırlar.
Qeyd edək ki, hadisə donuz təsərrüfatında baş verib. Donuzlarda Afrika vəbası xəstəliyi keçici xəstəlik sayılır. İnsanların bu xəstəliyə yoluxma təhlükəsi yoxdur.
