Beynəlxalq Mülki Müdafiə Təşkilatının (ICDO) Bakıda keçirilən sessiyasında baş katib məlum olub.
Qafqaz Times-ın məlumatına görə, səsvermənin nəticəsinə əsasən, Fövqəladə Hallar Nazirlyi Beynəlxalq əlaqələr idarəsinin rəisi, polkovnik Ərgüc Kələntərli yekdilliklə Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib.
BMMT-nin yeni Baş katibi qlobal fəlakətlərə reaksiya verməklə bağlı çağırış edib
Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi Ərgüc Kələntərli Fələstindəki humanitar fəlakətdən danışaraq əlvə edib ki: ‘qida, su, dərman və sığınacaq – bunlar artıq sadəcə fundamental hüquqlar deyil, həyatda qalmaq üçün zəruri vasitələrdir. Lakin bu vasitələrə əlçatanlıq getdikcə daha da çətinləşir.’
O, bu barədə X platformasındakı şəxsi hesabında yayımladığı videoda bildirib.
Qafqaz Times xəbər verir ki, Ərgüc Kələntərli bu fikirləri Bakıda keçirilən Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Assambleyasının 3-cü Fövqəladə Sessiyasında çıxışı zamanı səsləndirib.
Baş katib çıxışında daha geniş kontekstdə qlobal fəlakətlərə və onların doğurduğu nəticələrə də toxunub.

