Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd Şia əs-Sudanini İstanbulda qəbul edib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, görüş dünən gecə (1 noyabr) İstanbulda Vahdettin iqamətgahında keçirilib.
Bildirilib ki, liderlər ikitərəfli və regional məsələləri müzakirə etməklə yanaşı terrorizmlə mübarizə məsələsini diqqət mərkəzində saxlayaraq regionda sülh və əmin-amanlığın təmini üçün bu məsələyə ciddi səylərin göstərilməsini vurğulayıblar.
Görüşdə iki ölkə arasındakı münasibətlərin inkişafı, regional məsələlər və İsrailin hücumları ilə bağlı müzakirələr aparıldı. Ərdoğanın İraqa səfəri zamanı imzalanan razılaşmalar və İnkişaf Yolu Layihəsinin son vəziyyəti də gündəmə gəldi.
Qəbulda xarici işlər naziri Hakan Fidan da iştirak edib.