Ərəb Dövlətləri Liqasının baş katibi Misir və İordaniyanın fələstinliləri qonşu ölkələrə icbari köçürülməsinə qarşı çıxma mövqeyinin təqdirəlayiq olduğunu deyib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Əhməd Əbul Qeyt bu gün (27 yanvar) Romada ərəb dövlətlərinin İtaliya ilə iqtisadi əməkdaşlıq iclasında deyib: Ərəb Liqası fələstinlilərin öz vətənlərindən bir daha köçürülməsi barədə məsələni müzakirə etməyəcək. Çünki bu mövzu bağlanmış hesab olunur və haqqında müzakirə etmək əhəmiyyətsizdir.
Əbul Qeyt əlavə edib: Ərəb ölkələri Misir və İordaniyanın fələstinli didərginlər barədə mövqeyini tamamilə dəstəkləyir və məsələnin şəffaf olduğunu məlumdur.
Baş katib həmçinin fələstinlilərin öz vətənlərindən digər ölkələrə köçürülərək bir daha didərgin düşmə kimi köhnə planlar barədə danışmaq faydasızdır. Çünki bu məsələ köhnə olduğu kimi məntiqsiz və ağılasığmazdır.