Geosiyasi elmləri üzrə professor və Avropa məsələləri üzrə ərəb eksperti Rusiya xarici işlər naziri Sergey Lavrovun İrana səfəri, ABŞ-Rusiya danışıqlarının sürətlənməsi, ABŞ-İran danışıqların dayandırılması fonunda İrana arxayınlıq verilməsi çərçivəsində olduğunu deyib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, İmadəddin əl-Həmruni deyib: İran Qərblə əlaqələrinin gələcəyindən narahat olduğu halda, Lavrovun Tehrana səfərində Rusiya rəhbərliyindən arxayınedici mesajı var idi.
Əl-Həmruni əlavə edib: Rusiya İranla iqtisadi əlaqələri inkişaf etdirməyə çalışır. Qərb isə hər iki ölkəyə qarşı sanksiyalar tətbiq etməklə, quru və dəniz təchizatı xətlərini vurmaqla bu əlaqələri pozmağa can atır. Bu kontekstdə BƏƏ iki ölkə arasında iqtisadi vasitəçi kimi mühüm rol oynaya, regional balanslarda əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər.