QafqazTimes.com KAN-a istinadən xəbər verir: Ukrayna xarici işlər nazirinin İsraildə səfərdə olan müavini Eminə Caparova Tel-Əvivin Ukraynada vəziyyəti gərginləşdirdiyini bildirib. İsrail hökuməti təkrar müraciətlərlə öz vətəndaşlarını Ukraynanı tərk etməyə çağırır. Caparova vurğulayıb ki, İsrailin heç bir əsas olmadan səs-küy qaldırması Ukrayna ətrafında böhranı daha gücləndirir, ölkə iqtisadiyyatına zərbə vurur. Caparova İsrail xarici işlər naziri Yair Lapidlə görüşdə deyib ki, siz Ukrayna ilə Rusiya arasında sülh üçün vasitəçi ola bilərsiniz. Onun cavabı yubanmayıb. Lapid deyib ki, İsrail Rusiya-Ukrayna konfliktində oyunçu deyil və ehtiyatlı olmalıdır.