Livanın keçmiş prezidenti son onilliklərdə sionistlərin mənafeyinə xatir başda Amerika olmaqla beynəlxalq Livana edilən sui-qəsdlərin müqavimət tərəfindən pozulduğunu xatırladaraq deyib: Müqavimət mübarizə meydanında bütün fitnələrə sinə gərərək zəfər qazanıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Emil Lehud bu gün (25 iyul)regional məsələlərə münasibət bildirərək deyib: 1701 saylı qətnamə barədə verilən bəyanatlardan bunun aldadıcı bir qətnamə olduğu anlaşıldı, tarixi və həqiqətlərin saxtalaşdırılması ortaya çıxdı. Belə ki, bu qətnamənin məqsədi müqavimətin Litani çayı tərəfə geri çəkilməsi idi. halbuki bəzi rəsmilər bu qətnamənin Livanın xeyrinə olduğunu sanırdılar.
Livanın eks-prezidenti həmçinin qeyd edib: 2006-cı il iyul müharibəsində ABŞ-a bağlı olan bəzi dövlət rəsmiləri hakimiyyəti bu qətnamə ilə razılaşmağa qane etmək istəyirdi. Bu isə tamamilə düşmən sionistə bir imtiyaz qazandırırdı. Amma prezident aparatının verdiyi qərar mahiyyət etibarilə müqavimətin qələbəsi ilə nəticələndi.
Xatırladaq ki, 2006-cı ilin iyulun 12-dən avqustun 14-nə kimi davam edən İkinci Livan müharibəsi də Hizbullahın hərbi qanadı ilə İsrail Silahlı Qüvvələri arasında Livan torpaqları və İsrailin şimalında davam etmiş olan silahlı qarşıdurma kimi tarixə düşmüşdü. Böhran Livanda yerləşmiş Hizbullah təşkilatının 12 iyul 2006 tarixində iki İsrail əsgərini qaçırması və səkkizini öldürməsiylə başlamışdı. Əsgərlərin qaçırılmasına əlavə olaraq Cənubi Livandakı Hizbullah xadimlərinin İsrail torpaqlarına “Katyuşa” mərmiləri göndərməsi isə İsrail tərəfindən Livanın döyüş hərəkəti (“act of war”) kimi şərh edilmişdi. Bunun üzərinə İsrail Livana hava və quru hücumları etmiş və ölkənin limanlarını dənizdən mühasirəyə almışdır. İsrailin bu davranışına qarşılıq olaraq Hizbullah Cənubi Livandan İsrailin şimalına etdiyi mərmi hücumlarını şiddətləndirmişdi. Bir aydan çox davam edən qarşıdurmaların ardıyca Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi 1701 saylı qərar, uyğun olaraq 14 avqustda tərəflər hücumlarını dayandırmışdı.
BMT Təhlükəsizlik Şurasının sionist rejimin 2006-cı ildə Livana qarşı otuz üç günlük savaşından sonra qəbul edilən 1701 saylı qətnaməsi sionist rejimi Livana qarşı düşmənçilik hərəkətlərindən çəkindirir, amma bu rejim həmin qətnaməyə məhəl qoymadan Livanın dəniz, quru və hava məkanlarını pozur.