Əl Qəssam Batalyonlarının sözçüsü yanvarın 25-də azad etməyi planlaşdırdığı 4 qadın girovun adını açıqlayıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Əbu Übeydə bu gün (24 yanvar) telegram kanalında yazıb: Əl Əqsa Tufanı razılaşmasının əsir mübadiləsi bəndi çərçivəsində sabah (25 yanvar) 4 israilli qadın azad ediləcək.
Onların İsrail ordusunda xidmət etdikləri bildirilir.
“İsraillə mübadilə sazişi çərçivəsində biz 25 yanvarda hərbçilər – Karina Ariyev, Daniela Gilboa, Naama Levi və Liri Albaqı azad etməyi qərara aldıq”, – məlumatda qeyd edilib.
Xatırladaq ki, Əl Qəssam Batalyonlarının Əl Əqsa Tufanı razılaşması çərçivəsində ilk girov mübadiləsi ötən şənbə günü icraya başlayıb.