Sionist rejimin milli telekanalı Əl Əqsa Tufanı əməliyyatından sonra orduda 78 min hərbçinin yaralandığından xəbər verib.
Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Sionist rejimin milli telekanalı bu gün (25 mart) elan edib: 7 oktyabr 2023-cü ildən bu yana 78 min hərbçi yaralanıb və onlardan 50%-i ruhi xəstəliyə düçar olanlardır və 16 min nəfər ruhi xəstəxanada müalicə olunur.
Bu statistik məlumata əsasən, işğalçı rejim rəsmilərinin müharibədə uğur əldə etmələri barədə yalanları aşkara çıxır. Belə ki, rəsmi məlumatlara görə bu müharibədə sadəcə 835 nəfərin öldüyü və 5741 nəfər yaralı olduğu deyilir.