Ekvadorun mərkəzindəki Alausi şəhərində torpaq sürüşməsi nəticəsində itkin düşənlərin sayı 64 nəfərə çatıb.
Bu barədə bazar ertəsi ölkənin fövqəladə hallar idarəsi məlumat yayıb.
Məlumata görə, 7 nəfərin ölümü təsdiqlənib, 23 nəfər yaralanıb. Daha əvvəl 16 nəfərin yaralanması, 7 nəfərin itkin düşməsi barədə məlumat yayılmışdı.
Ümumilikdə təbii fəlakət zonasında 500 nəfər olub. 163 evin dağıldığı və ya zədələndiyi təxmin edilir. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, fevral ayında ölkənin fövqəladə hallar idarəsi Alausi bölgəsində süxurların yerdəyişməsi riskinin olduğu barədə xəbərdarlıq etmişdi.