ABŞ-də Tennessi məhkəməsi mayın 22-də məşhur “Qreyslend” malikanəsinin Elvis Preslinin ailəsinə aid olacağına və onun nəvəsi, aktrisa Rayli Kionun nəzarətində qalacağına qərar verib.
Tennessi ştatının Şelbi Dairəsi Məhkəməsində keçirilən dinləmədə müəyyən edilib ki, girov 2023-cü ilin yanvarında anası Liza Mari Preslinin ölümündən sonra əmlakı miras almış Elvisin nəvəsi, aktrisa Rayli Kionun ziyan çəkməsinə səbəb olacaq.
“Naussany Investments and Private Lending LLC” Liza Marinin ölümündən əvvəl ödəyə bilmədiyi 3,8 milyon dollarlıq kredit üçün “Qreyslend”i girov olaraq istifadə etdiyini iddia edərək, əfsanəvi mülkə iddia irəli sürüb. Rayli şirkətin hərəkətlərini fırıldaqçılıq adlandıraraq şirkətə qarşı iddia qaldırıb.
Rayli, həmçinin iddia edib ki, anası heç vaxt şirkətdən borc götürməyib, ona görə də “Naussany Investments and Private Lending LLC” real hüquqi şəxs deyil.
Hakim CoDey Cenkins bildirib ki, məhkəmə “Qreyslend”in əslində kimə məxsus olduğuna qərar verənə qədər onun hərracı təxirə salınmalıdır.
Tennessi ştatının Memfis şəhərində yerləşən “Qreyslend” mülkü “rok-n-roll” əfsanəsinin keçmiş iqamətgahı kimi əsas turistik məkan olaraq qalır.
1 şərh
먹튀검증소: https://nktoday.kr/