Dünyanın ən böyük qamışlıq qurbağası Avstraliyanın Konvey Milli Parkında tapılıb.
Parkın işçiləri yolu təmizləyərkən təsadüfən nəhəng amfibiyaya rast gəliblər. Heyvana Toadzilla adı verilib. Onun çəkisi 2,7 kq, uzunluğu isə 25 sm-dən çoxdur.
Qurbağa Kvinslend Dövlət Muzeyinə hədiyyə olunacaq.
Qeyd edək ki, bundan əvvəl Ginnesin Rekordlar Kitabına düşən ən böyük qurbağa 1991-ci ildə tapılan çəkisi 2,67 kq olan amfibiya idi.