Qafqaztimes xəbər verir ki, dünən Hizbullah hərakatının baş katibi Seyid Həsən Nəsrullah Dünya Əhli-Beyt İcmasının (ə) baş katibi Ayətullah Rza Ramazanini qəbul edib.
Tərəflər bu görüşdə Livan və bölgədəki son siyasi hadisələri müzakirə ediblər.
Əl-Xənadiq xəbər saytına görə, Dünya Əhli-Beyt (ə) İcmasının növbəti mərhələdə həyata keçirəcəyi proqram və fəaliyyətlər də iki tərəf arasında müzakirə olunan mövzular arasında olub.