Qafqaztimes xəbər verir ki, sionist mənbələr, o cümlədən ibrani qəzeti “Yedioth Ahronoth” Donald Trampın cümə günü verdiyi açıqlamalardan parçalar dərc edib.
Keçmiş ABŞ prezidenti bu açıqlamalarının birində deyib: “Heç kim Netanyahuya mənim qədər kömək etməyib. Heç kim İsrail üçün mənim qədər iş görməyib. Qolan böyük bir müamilə idi. Mən bunu seçkilərdən əvvəl etdim və Netanyahuya çox kömək etdim.”
Tramp həmçinin deyib: “Netanyahu Baydeni tələsik təbrik etməyə gedən ilk şəxs oldu. O, Baydeni sadə yolla təbrik etmədi, bunu video şəklində həyata keçirdi.”
Keçmiş prezident çıxışının bir hissəsində deyib: “Bu, böyük bir səhv idi! O vaxtdan bəri onunla danışmamışam. Lənət ona! Mən onu bağışlamayacağam.”
Arab 48 saytının məlumatına görə Donald Tramp müsahibəsinin digər bir hissəsində deyib: “Əgər mən ABŞ prezideni olmasaydım, düşünürəm ki, İsrailin kökü kəsilmişdi. Həqiqəti bilmək istəyirsinizsə mən artıq İsrailin məhv olunduğunu düşünürəm.”
