Türkiyəli millət vəkili Hasan Bitmez Böyük Millət Məclisində (TBMM) çıxış edərkən huşunu itirib.
Məlumata görə, parlamentari həmin vaxt Xarici İşlər Nazirliyinin büdcəsindən danışıb.
Bildirilir ki, yıxılarkən başı yerə dəyən Bitmezə ilk müdaxiləni həmkarı, həkim Turhan Çömez edib – o, huşunu itirən millət vəkilinə ürək masajı edib.
Daha sonra Bitmez təcili yardımla xəstəxanaya aparılıb.