QafqazTimes.com focus.ua-ya istinadən xəbər verir: Ukraynanın məşhur siyasətçisi Ukrayna-Rusiya gərginliyində Qərb və Qərb mediasının dağıdıcı roluna etiraz edib. Ukrayna Ali Radasının deputatı, Xalqın Xidmətçiləri fraksaiyasının başçısı David Araxamiya (David Braun) deyib ki, Qərb və Qərb mətbuatının beyinlərə zorla yeritdiyi “Rusiyanın Ukraynaya hücumu” uydurması səbəbindən ölkə iqtisadiyyatı çökmək üzrədir. Araxamiya CNN, Bloomberg, WSJ kimi məşhur qərb medialarının Rusiya mediasından qat-qat dağıdıcı fəaliyyət göstərdiyini vurğulayıb. Deputat xarici diplomatların fəaliyyətlərinin Ukraynaya ağır zərbə olduğunu qeyd edib.
David Braun deyib: Düşünürəm ki, uku-üç həftədən sonra retrospektiv analiz aparılmalıdır. Feyk xəbərlər yaradan, Rusiya aqressiyasını gündəmdə saxlayan medianın hibrid müharibə fəaliyyəti dəyərləndirilməlidir. Onların dağıdıcı fəaliyyəti Ukraynaya ayda iki-üç milyard dollar zərər vurur.