Qarışıq döyüş sənətləri (MMA) üzrə dağıstanlı döyüşçü Maqomedrəsul Mutayev Mahaçqaladakı evinin yaxınlığında güllələnib. Güllələrdən biri onun başına dəyib.
“Fight Nights” promouter şirkəti 20 yaşlı döyüşçünün ölümünü təsdiqləyib.
Mutayevin qətlə yetirilməsi anları ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Videodan aydın olur ki, qatil idmançını evinin girişində gözləyib. Hücum Həbib Nurməhəmmədovun atasının məktəbindən olan 20 yaşlı döyüşçü məşqdən qayıdarkən baş verib.
Sosial şəbəkələrdə, həmçinin, döyüşçüyə yay aylarında olan sui-qəsdə cəhd anını əks etdirən görüntülər də yayılıb (videoda ikinci hissə). Kadrlarda Mutayevin cavab atəşi açdığı və hücumçuların qaçdığı görünür.
Döyüşçünün ətrafı yerli çatlarda yazır ki, cinayətin motivi idmançının bir müddət əvvəl 18 yaşlı qatilə qarşı “brilyant yaşılı (“zelyonka”) ilə pis iş gördüyünə” görə qisas ola bilərdi. Bu məlumat rəsmi təsdiqini tapmayıb.
Dağıstanın Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayətkarın şəxsiyyəti müəyyən edilib. Hazırda onun axtarışları davam etdirilir.
2 şərhlər
What a material of un-ambiguity and preserveness of valuable know-how regarding unexpected feelings.
I have read some excellent stuff here Definitely value bookmarking for revisiting I wonder how much effort you put to make the sort of excellent informative website